Accessibility links

ABŞ Müdafiə nazirliyinin yeni hesabatı açıqlanıb - 2005-03-11


Birləşmiş Ştatların Müdafiə Nazirliyinin dünən açıqladığı hesabatda deyilir ki, İraq, Əfqanıstan və Quantanamo həbsxanalarında məhbuslara qarşı təzyiqlərin məsuliyyətini hərbi nizam-intizama əhəmiyyət verməyən aşağı rütbəli əsgərlər daşıyır. Hesabatda bildirilir ki, keçən ay Amerikanın İraqdakı hərbi komandirləri sorğu-sual metodlarının yeni variantını hazırlayıb. Lakin insan hüquqları təşkilatları və ABŞ konqresinin bəzi nümayəndələri hesabatın təfərrüat baxımından mükəmməl olmadığını deyirlər. Hərbi dəniz qüvvələrinin keçmiş baş inspektoru 9 aylıq təhqiqatların nəticəsi olaraq, məhbuslara qarşı təzyiqlərə dair heç bir siyasətin mövcud olmadığını bildirib. Bunu İraq və Əfqanıstan məhbsularının foto-şəkillərinin üzə çıxarılmasından sonra həm müdafiə nazirlyi, həm də yüksək rütbəli həbri nümayəndələr bildirirdi. Müdafiə nazirliyinin hesabatında bəzi faktlar istisna edilməklə, həbsdə olan on minlərlə məhbusa himanist münasibəti bəsləndiyi deyilir. Hesabatı Senatın silahlı qüvvələr komitəsinə təqdim edən vitse-admiral Albert Cörç senatorların sualları ilə üzləşmişdi. Yükrsək səlahiyyətli nüamyəndələrin lazımınca sorğu-aula çəkilməməsinə dair sulaı cənab Çörç belə cavablandırmışdı:-”Bəzi işlərdə səhvə yol verildiyi aydındır. Bunların başqa cür edilməli olduğu da aydın məsələdir. Mən məhz bu faktlara toxunmuşam.” Admiralın komandirlərin ilkin siqnallara əhəmiyyət vermədiklərinə dair digər təhqiqatlarla bağlı sənədlərə əsaslanan hesabatında bildirilir ki, səhvlər hər hansısa şəxsin məsuliyyətə cəlb edilməsi üçün kifayət deyildi. Burada bir neçə təzyiq faktı qeydə alındığı və bunların bir o qədər də ciddi olmadığı bildirilir. Admiral Çörç bir senatorun bu hesabatın diqqətləri məhbuslara qarşı təyiqlərdən yayındırmaq mahiyyəti daşıdığını deməsi ilə razılaşmadığını bildirmişdir. O demidşir ki, biz 9 ay 800 müsahibə, minlərlə səhifəli sənədlərin araşdırılması, bütün hesabatların nəzərdən keçriilməsinə sərf etmişik. “Mən biliriəm bu işə müstəqil bir baxışlı adamın baş vermişlərə nəzər salması üçün təyin edilmişəm. faklsr fakt olaraq alır. Bəlkə bəziələrinin bundan xoşu gəlmir. Lakin bunu böyük bir anlaşılmazlıq da adlandırmaq olmaz”-deyə vitse-admiral bildirmişdir. Vitse-admiral Çörç yüksək rütbəli zabitlərin, müdafiə naziri Donald Ramsfild də daxil edilməklə, yüksək səlahiyyətli mülki vətəndaşların istintaqa cəlb edilməməsinə dair tənqidləri rədd etmişdir. Hesabatda sorğu-sual zamanı hansı metodlara yol verildiyi, hansılarının isə qəbuledilməz olduğu göstərilib. Vitse-admiralın bildirdiyinə görə, məhz bunlar anlaşılmazlığa yol açıb. Qaydalara əsasən məhbusları sinələrindən barmaqla itələmək qanuni hesab edilir. Mərkəzi Kəşfiyyat agenlyinin hərbi həbsxanalarda etdiyi kimi. Hesabatda deyilir ki, sentyabrın 11- terror aksiyalarından sonra dindirilmə metodları bəzi müstəqtiqlər tərəfindən daha kəksin şəkildə həyata keçirilir. Burada müdafə naziri Donald Ramsfildin iki məhbusa qarşı kəskin metodları təsdiq etdiyi də bildirilir. Bu göstərişləri keçən may ayı vermiş müdafiə naziri hesabata münasibət bildirməkdən imtina etmişdi. İraqda Birləşmiş Ştatların ordu generalı Corc Keysinin daha artıq təzyiqlərə yol verilməsinin təminat altına alınması məqsədi ilə hazırladığı yeni sorğu-sual metodları toplusu qəddarlığı yasaqlayır, qüvvələrə əlavə təlimlər verilməsinə çağırır və komandirlərin qanunlara riayət etdiklərinin sübuta yetirilməsini tələb edir.

XS
SM
MD
LG