Accessibility links

Britaniyada yeni anti-terror qanunları təsdiq edilməlıdir - 2005-03-11


Britaniyanın baş naziri Toni Bleyer hökuməti parlamentin yuxarı palatasında yeni anti-terror qanunlarının təsdiqinə çalışır. Belə ki, daha kəskin ölçülər barədə qanun bazar ertəsi köhnə qanunların möhlətinin başa çatmasınadək qəbul edilməlidr. Britaniya rəsmiləri parlamentin yuxarı palatasından digər məsələlərlə yanaşı, terrorçuluqda şübhələnilərlərin sanksiyasız ev dustağı edilmələrinin təsdiq etməsini istəyirlər. İndiyədək bu qanun layihçsi dəfərlərlə rədd edilmiş, yalnız köhnə qanunun vaxtı başa çatdqıda məsələnin müzakirəyə qoyulacağı bildirilmişdi. Qeyd edək ki, yeni qanun aşağı palatanın təsdiqini əldə edib.

XS
SM
MD
LG