Accessibility links

Suriya artıq hərbi qüvvələrini Livandan çıxarır - 2005-03-12


BMT-nin elçisi Terje Roed Larsen Suriya prezidenti Bəşar Əl-Əsədin öz hərbi qüvvələrini Livandan çıxarılmasına razılıq verdiyini bildirib. Cənab Larsen bu bəyanatı prezident Bəşar Əl-Əsədlə Suriyanın şimalında yerləşən Aleppo şəhərində keçirdiyi danışıqlardan sonra verib. O, həmçinin bildirib ki, Suriya BMT Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsinə tam əməl edəcəyinə söz verib. Qətnamədə Livandan əcnəbi hərbi qüvvələrinin çıxarılması, yaraqlıların təksilah edilməsi və Livanda seçkilərin keçirilməsi tələb edilir. Cənab Larsen deyib ki, Suriya kəşfiyyat xidmətinin işçilərini də Livandan çıxarılacağına razılıq verib. Livan müxalifətinin liderləri Suriyanı Livanın daxili siyasətinə qarışmada ittiham edirlər. BMT-nin bəyanatında qeyd edilib ki, cənab Larsen Suriya hərbi qüvvələrinin Livandan çıxarılması üçün dəqiq tarixin müəyənləşdiyi haqqındakı qərarı gələn həftə Nyu Yorkda, BMT-nin baş katibi Kofi Annanla görüşü zamanı açıqlayacaq. Livan Müdafiə Nazirliyinin rəsmiləri Suriya hərbi qüvvələrinin Livanın şimalından çıxdığını bildirərək deyirlər ki, bölgədə Suriya kəşfiyyat xitməttinin bəzi postları hələ də qalır. Suriyanın hərbi qüvvələrinin bəzi hissələri Livanla sərhəddən vətənə qayıdıb.

XS
SM
MD
LG