Accessibility links

Ukrayna öz hərbi qüvvələrini İraqdan çıxaracaq - 2005-03-12


Ukrayna müdafiə naziri bildirir ki, onun ölkəsi gələn həftədən başlayaraq 3 mərhələdə qoşunlarını İraqdan çıxaracaq. İnterfaks Xəbərlər Agentliyinin bildirdiyinə görə 150 əsgər çərşənbə axşamı İraqı tərk edəcək. O deyir ki, may və oktyabr aylarında qoşun çıxarılmasının 2-ci və 3-cü mərhələləri nəzərdə tutulub. Bu arada Bolqarıstan rəsmiləri amerikalıların 1 bolqar əsgərinin bir həftə öncə dost atəşi nəticəsində öldürüldüyünü etiraf etmişlər. Bolqarıstan müdafiə nazirliyinin bildirdiyinə görə Amerika hərbçiləri bu ölümün qəsdən olmadığını desələr də hədəfi müəyyənləşdirməkdə ehtiyat göstərməmiş və xəbərdarlıq atəşi açmamışlar.

XS
SM
MD
LG