Accessibility links

İran danışıqların davam etməsində maraqlıdır - 2005-03-13


İran rəsmiləri bildirirlər ki, onların Avropa ilə nüvə proqramı üzərində apardığı danışıqlar Tehranın gözləntilərinə cavab verməyib. Lakin İslam Respublikası danışıqların davam etməsində maraqlıdır. İranın hökumət mediası xarci işlər nazirliyinin sözçüsü Həmid Reza Asəfiyə istinadən bildirib ki, avropalılarla danşıqların növbəti raundu martın 23-nə təyin edilib. Cənab Asəfi həmçinin Birləşmiş Ştatların bu müzakirələrə qoşulmasının əleyhinə çıxıb. Onun dediyinə görə bu, hazırda Avropa ilə aparılan danışıqları sıradan çıxara bilər.

XS
SM
MD
LG