Accessibility links

Keçən il İraqda 56 jurnalist həlak olub - 2005-03-14


Jurnalistlərin müdafiəsi komitəsinin son hesabatında İraq dünyanın jurnalistlər üçün ən təhlükəli bölgəsi, Rusiyanın kütləvi informasiya vasitələri isə ən geniş məhdudiyyətlərlə üzləşən mətbuat adlandırılır. Nyu Yorkda yerləşən komitənin hesabatında 2004-cü il jurnalistlərin ən böyük itki verdiyi il kimi göstərilir. Belə ki, ötən il İraqda 56 müxbir qətlə yetirilmişdi. Jurnalistlərin müdafiəsi komitəsinin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin mətbuata Sovetsayağı üsulla nəzarət edir. Hesabatda həmçinin deyilir ki, keçmiş 15 Sovet respublikası arasında mətbuata azadlıq verən ölkələr Litva, Latviya və Estoniyadır.

XS
SM
MD
LG