Accessibility links

Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Azərbaycanda siyasi məhbus probleminin həllini tələb edir  - 2005-03-16


Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçisi Malkolm Bryus Azərbaycana səfəriinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O son 6 ayda Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması ilə bağlı hər hansı irəliləyişin olmadlığını bildirib.«Bu, Avropa Şurasını çox narahat edir. Avropa Şurası siyasi məhbus probleminin həllilə bağlı yenidən vaxtın uzadılmasını qəbul etməyəcək. Artıq son altı ayda vaxt uzadılıb"-deyə o qeyd edib. Məruzəçi səfər zamanı rəsmi şəxslərlə, hüquq-müdafiəçiləri, siyasi məhbuslar, onların ailə üzvləri ilə görüşlər keçirdiyini bildirib."Görüşlər çox konstruktiv xarakter daşıyıb. AŞPA-nın əsas qayəsi Azərbaycanda siyasi məhbus məsələsinin tam həll edilməsidir. Bunun həlli üçün müəyyən çərçivə və üsulları müəyyən etdik. Yaxın iki-üç həftədə əfv fərmanı gözlənilir. Ümid edirik ki, bu əfvlə siyasi məhbus siyahısının böyük hissəsi artıq azadlığa buraxılacaq və məsələ həllini tapacaq. İstərdik ki, siyasi məhbuslar azadlığa buraxıldıqdan sonra yeni siyasi məhbuslar yaranmasın. Müxalifət liderləri öz önəmli işləri ilə məşğul ola bilsinlər. Xüsusilə, bu il Azərbaycanda parlament seçkiləri keçirilir və bu baxımdan çox önəmlidir". Malkolm Bryus hesab edir ki, seçki məhbuslarının hamısı azadlığa buraxılmalıdır. «Azərbaycan azad və ədalətli seçkilər keçirmək istəyirsə, müxalifət liderlərini azadlığa buraxmaq düzgün olardı. Bu şəxslərin həbsdə qalması bizdə narahatlıq doğurur. Məsələni prezidentlə müzakirə etmişəm. Ona çatdırdım ki, beynəlxalq müşahidəçilər məhkəmənin qərəzli və qeyri-obyektiv keçirildiyini təsdiq edir. Prezident problemi qəbul etmədi, ancaq razılaşdı ki, doğrudan da payızda keçiriləcək parlament seçkiləri zamanı müxalifət liderlərinin bir qisminin həbsxanada olması arzuedilməzdir və məsələ həll olunmalıdır".

XS
SM
MD
LG