Accessibility links

Ermənistan və Azərbaycan cəbhəsində atəşkəs rejiminin pozulması intensivləşib, ölən və yaralananlar var    - 2005-03-16


Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son dövrlər atəşkəs rejiminin pozulması mütəmadi xarakter alıb. Ölnələr və yaralananlar var. Müdafiə nazirliyinrin məlumatına görə, dünən Azərbaycan ordusunun iki əsgəri həlak olub. Eyni zamanda Azərbaycanın cəbhə bölgəsində yaşayan mülki vətəndapşları arasında yaralanlar var. Müdaifə nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov Amerikanın səsəi radiosuna atəşkəs rejimini Ermənistan Silahlı Qüvvələrinin pozduğunu bildirir. Azənrbaycan prezidenti İlham Əliyev atəşkəs rediminin pozulmasının əleyhiynədir. O bu günlərdə Amerikanın səsəi radisounun sulanın cavabında atəşkəs rejiminin pozulmasının Azərbaycanın mənafeyinə uyğun olmadığını bəyan edib. ABŞ-ın Azərbaygandakı səfiri Rino Harniş də atəşkəs rejgiimnin pozulmasına münasibət bildirib. O bu gün jurnalistlərlə söhbətində son vaxtlar Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs rejiminin pozulmasını ABŞ-ın çox diqqətlə izlədiyini deyib. «Atəşkəs rejiminin pozulması ABŞ-da narahatlıq doğurdur. Bu sübut edir ki, münaqişə hələ dondurulmuş münaqişə deyil, onun həlli üçün lazımi səylər göstərilməlidir. Biz məsələni yaxından izləyirik. Cəbhə xəttində atəşkəs rejiminin pozulmasına yol verilməmsinin əhəmiyyətini başa düşürük. Bununla bağlı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin atəşkəs rejiminin pozulmasının qarşısının alınmasına yönələn aktiv səylərini yüksək qiymətləndirirk».

XS
SM
MD
LG