Accessibility links

ABŞ Əfqanıstanda daimi hərbi baza məsələsini nəzərdən keçirir - 2005-03-16


Birləşmiş Ştatların Baş Qərərgahlar rəisi general Riçard Mayers bildirib ki, ABŞ Əfqanıstanda daimi hərbi baza məsələsini nəzərdən kelirir. General bu açılqlamaları Əfqanıstanın prezidenti Həmid Karzai ilə görüşündən sonra vermişdir. Onun dediyinə görə, Birləşmiş Ştatlar Əfqanıstan və Asiya ölkələrində yaxşı münasibətlər yarada bilmişdir. O demişdir ki, ABŞ və Əfqanıstan iki ölkə arasında uzun müddətli münasibətlər məsələsini müzakirə edir. Birləşmiş Ştatlar 2001-ci ildə Əfqanıstanda Taliban rejimi devrildikdən sonra ölkədə 18 min nəfərdən ibarət hərbi qüvvə saxlayır.

XS
SM
MD
LG