Accessibility links

Neft qiymətləri artmaqdadır - 2005-03-17


Dünya bazarlarında neft qiymətləri rekord səviyyəyə yüksələrək, 56 dollar 69 sent olmuşdur. Asiya bazarlarında qiymətlər Nyu York və Londondan sonra qalxmışdır. Bu yüksəliş Amerika hökumətinin ABŞ-da yanacaq ehtiyatlarının gözlənildiyindən daha çox azaldığını göstərən hesabatından sonra baş verib. Qiymətlərin artmasına hətta OPEK ölkələrinin istehsal kvotalarının artırılacağını elan etməsi belə təsir göstərə bilməmişdir. 11 üzvlü kartel bu qərarı İranda keçirilən yığıncaqda elan etmişdi.

XS
SM
MD
LG