Accessibility links

Iraqda yeni hökumətin təşkili yubadılır - 2005-03-18


İraqda şiə və kürd siyasi liderlər aralarında danışıqları davam etdirdikləri vaxt bildiriblər ki, İraqda yeni hökumət gələn həftə təşkil ediləcək. Şiələrin əksəriyyət təşkil etdiyi Birləşmiş İraq Alyansının nümayəndəsi Cavad əl-Maliki Milli Assambleyanın gələn cümə günü keçirilməsi planlaşdırılan iclasda prezident, baş nazir və kabinet üzvlərinə namizədlərin irəli sürəcəyini bildirib. Lakin bəzi siyasətçilər parlamentin gələn şənbəyə qədər yığıla bilməyəcəyini deyiblər. Yeni müvəqqi assambleya çərşənbə günü and içərək fəaliyyət başlamışdır, lakin şiə və kürd siyasətçilər bir sıra əsas vəzifələrə namizədlər məsələsində bir araya gələ bilmədikləri üçün kabinet üzvlərinin adları açıqlanmamışdır. Bəzi iraqlılar yanvarın 30-da böyük risk altında milyonlarla insanın səs verməyə getdiyi halda, danışqıların belə uzun çəkməsindən narahatlıqlarını ifadə ediblər.

XS
SM
MD
LG