Accessibility links

Azərbaycan müxalifətinin həbsdən azad olunmuş liderləri siyasi fəaliyyətini davam etdirəcək - 2005-03-22


Liderlərin hamısı siyasi fəaliyyətini davam etdirəcəyini və məhkumluqların götürülməsi üçün Avropa İnsan Haqları məhkəməsinə müraciət edəcəklərini bildirib. Müsavat başqanının müavini Arif Hacılı siyasi və seçki məhbuslarının azad olunmasında göstərdiyi dəstəyə görə, benyəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə, KİV-ə, o cümlədən Amerikanın səsi radiosuna təşəkkürünü bildirib. O hesab edir ki, məhkəmə prosesi siyasi sifarişlə həyata keçirilib və məhkumluqlarının götürülməsi üçün Azərbaycan Ali Məhkəməsinə şikayət ediblər. Ali məhkəmə şikayətə obyektiv qiymət vermədiyi halda isə Avropa İnsan Haqları məhkəməsinə müraciət edəcəklər. Demokrat partiyasının baş katibi Sərdar Cəlaloğlu və Ümid partiyasının sədri İqbal Ağazadə həbs və istintaq zamanı onlara qarşı tətbiq edilmiş işgəncələrlə bağlı Avropa İnsan Haqları məhkəməsinə müraciət etdiyini bildirib. Cənab Cəlaloğlu Azərbaycanda demokratik hakimiyyət qurulanadək ölkə qanunları çərçivəsində mübarizə aparılacığını bəyan edib. Ümid partiyasının sədri İqbal Ağazadə müxalifətin aparıcı partiyaları olan Xalq Cəbhəsi, Müsavat və Demokrat partiyalasının bu günlərdə təsis etdiyi seçki blokuna qoşulduğunu bildirib. Azərbaycan Prezidntinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət liderlərinə qarşı məhkəmə hökmünün ədalətli olduğunu və ölkə prezidentinin əfv fərmanının humanist prinsiplərə söykəndiyini bildirib. ABŞ Dövlət Departamenti və bu ölkənin Azərbaysandakı səfirliyi dövlət başçısının əfv fərmanını alqışladığını bəyan edib. Eyni zamianda, Dövlət Departamenti Azərbaycan hökumətini siyasi dialoq, toplaşmaq və media azadlığı, seçki qanununun məcburi icrası vasitəsi ilə demokratiyanın inkişafı və sabitliyin qorunması üçün səy göstərməyə çağırırıb.

XS
SM
MD
LG