Accessibility links

Osama Bin Laden 2001-ci ildə Tora Boradan qaçmağa nail olub - 2005-03-23


Yenicə açıqlanmış ABŞ Müdafiə Nazirliyinin sənədindən belə aydın olur ki, Əl-Qaida rəhbəri Osama Bin Laden 2001-ci ilin dekabrında Əfqanıstanın Tora Bora bölgəsindən qaçmağa nail olub. Bu sənəd prezident Buş və təqaüdə çıxmış Birləşmiş Ştatlar Mərkəzi Qərargahının Rəhbəri General Tommi Franksın əvvəllər bu mövzuda dedikləri ilə təzad təşkil edir. Onların hər ikisi söyləyiblər ki, Amerika və Əfqan qüvvələri Tora Boraya hücum edən zaman Bin Ladenin yeri məlum deyildi. Bu açıqlanmış sənəd baş terrorçu haqda toplanmış dəlillərin tərkib hissəsidir. Sənəddəki bir cümlə belə oxunur: Məhbus Osama Bin Ladenin Tora Boradan qaçmasına yardım edib. Pentaqon sözçüsü Amerikanın Səsinə bildirib ki, bütün bu sənədlər şahidlərin verdiyi ifadələr əsasında tərtib edilib və güman ki, həqiqəti əks etdirir.

XS
SM
MD
LG