Accessibility links

Azərbaycanın tanınmış hüquq müdafiəçisi həyatına sui-qəsd hazırlandığını bəyan edib - 2005-03-25


Azərbaycanın tanınmış hüquq müdafiəçisi Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus həyatına sui-qəsd hazırlanması ilə bağlı bəyanatla çıxış edib. O bu gün keçirdiyi mətbuat konfransında bildirpib ki, Azərbaycanın xüsusi xidmət orqanları bir neçə terror hadisələrinin hazırlanması barədə məlumata malikdir və bu terror qurbanlarının arasında onun da adı var. Xanım Yunsun sözlərinə görə, məlumatı ona xüsusi xidmət orqanlarının əməkdaşları ilə yaxınlığı olan bir qohumu çatdırıb. Daxili İşlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Amerikanın səsi radiosuna polis orqanlarının vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün lazım olan bütün tədbirləri gördüyünü bildirb. Onun sözlərinə konkret hallar yarananda vətəndaşlar hüquq mühafizə orqanlarına müraciət etməli və gözlənilən təhlükə ilə bağlı onları xəbərdar etməlidir.

XS
SM
MD
LG