Accessibility links

Qırğızıstanın yeni hökuməti qayda-qanun yaradır - 2005-03-26


Qırğızıstan müxalifətinin lideri Kurmanbek Bakiyev ölkə parlamenti tərəfindən müvvəqqəti prezident və baş nazir seçildikdən sonra, İyunda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb. Cənab Kurmanbek Bakiyev bu bəyanatı paytaxtda baş verən talançılıq və zorakılıq hallarından bir gün sonra verib. O, ölkədə qayda-qanun və sabitliyi bərpa edəcəyini vəd edib. Polis bütün gecəni küçələrdə keşik çəkmiş və izdihamı dağıtmaq üçün havaya atəş açmışdı. Taksi və avtobus sürüçüləri deyirlər ki, yola çıxmaqdan qorxduqlarına görə, onlar bütün gecəni qaranlıq hava limanında keçiriblər. Onlardan biri Amerikanın səsinin müxbirinə deyib ki, o, bütün gecəni boş qalmış hava limanın yaxınlığında keçirib. Dan yeri ağardıqdan az sonra, maşını şəhərə tərəf sürdükdə mağazaların talan edilməsini və küçənin hər iki tərəfində olan mağazaların pənçərə süşələrinin sındırıldığını görüb. Ən çox talançılğa məruz qalan ərzaq və elektrik mağazası olub. Lakin bu gün şəhərin sakit olduğu bildirilir. Bu arada xəbər agentlikləri cənab Əsgər Akayevin Moskvaya gəldiyini təsdiq ediblər. Prezident Putin deyib ki, əgər cənab Akayev arzu etsə, Rusiya ona siyasi sığınacaq verə bilər. Əsgər Akayev isə e-mail vasitəsilə bildirib ki, o özünü hələ də Qırğızstanın qanuni prezidenti hesab edir.

XS
SM
MD
LG