Accessibility links

Qırğızıstanın yeni prezidenti korrupsiyaya son qoyacağını bəyan edir - 2005-03-29


Qırğızıstanın yeni müvəqqəti prezidenti Kurmanbek Bakiyev korrupsiyaya qarşı mübarizə aparacağına söz vermişdir. O, ötən həftə prezident Əsgər Akayevin devrilməsindən sonra baş vermiş qarət qurbanlarına da yardım edəcəyini bildirib. Bu gün hökumət işçilərinin toplantısı qarşısında çıxış edən cənab Bakiyev söyləyib ki, korrupsiyaya və nepotizmə qarşı mübarizə onun əsas məqsədidir. Devrilmiş prezident isə hökumətdə korrupsiyaya rəvac verdiyinə görə tənqid edilib. Yeni prezidentin bu bəyanatı köhnə parlamentin istefasının ardınca baş verir. Bişkəkdən qaçmış cənab Akayev isə bu gün Rusiya radiosunda deyib ki, o, istefa vermək fikrində deyil, lakin bununla belə yeni parlamentlə danışıqlar aparmağa hazırdır. Yeni parlamentin spikeri Omurbek Tekebayev isə Associated Press agentliyinə bildirib ki, cənab Akayevlə hər hansı bir danışıqlar hakimiyyətin ötürülməsi mövzusunda aparıla bilər.

XS
SM
MD
LG