Accessibility links

ATƏT Azərbaycanın Ali Məhkəməsinin qərarından narahatlığını bildirib - 2005-03-30


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT Azərbaycanın Ali Məhkəməsinin müxailfətin 7 liderinin məhkumluğunun saxlanmasından narahatlığını ifadə edib. Təşkilatın bildirdiyinə görə, çərşənbə axşamı çıxarılmış qərar ATƏT-in məhkəmələrin ciddi pozuntularla müşayət olunduğu ilə bağlı hesabatını nəzərə almayıb. ATƏT prezidentin 7 müxalifət üzvünün azadlığa çıxmasına yol açmış qərarını alqışlayır, lakin bildirir ki, müxalifət üzvlərinin məhkumluğunun saxlanması ölkədə siyasi iqlimin normallaşnmasına xidmət etmir. Təşkilat habelə Azərbaycanın ədliyyə sisteminin müstəqilliyi və onun fəaliyyəti ilə bağlı ciddi narahatlığı da ifadə edib.

XS
SM
MD
LG