Accessibility links

Qırğızıstanın yeni prezidenti Əsgər Akayevi Bişkekə qayıtmamağa çağırıb - 2005-03-30


Qırğızıstanın yeni seçilmiş prezidenti Kurmanbek Bakiyev hakimiyyətdən kənar edilən keçmiş prezident Əsgər Akayevə Bişkekə qayıtmamağa çağırıb. O deyib ki, bu, ölkədə zorakılıqların daha da artmasına səbəb ola bilər. Onun bu çağırışı təhlükəsizlik qüvvələrinin müvəqqəti başçısı, müxalifət lideri Feliks Kulovun vəzifəsindən istefa verməsi vaxtına təsadüf edir. Cənab Kulov deyib ki, ölkədə vəziyyətin nizama salındığını nəzərə alaraq vəzifəsindən istefa verir. O, Qırğıstanın müvəqqəti hökumətini Əsgər Akayevə rəsmən vəzifəsindən istefa vermək məqsədilə Bişkekə qayıtması üçün təminat verməyə çağırıb.

XS
SM
MD
LG