Accessibility links

İndoneziyada zəlzələdən zərərçəkənlərə yardım göstərilir - 2005-03-30


Xilasetmə briqadaları martın 28-də İndoneziyanın şimalında 8,7 bal güncündə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım etməyə çalışılar. Onlar yerli sakinlərlərlə birlikdə evlərin dağıntıları altından sağ qalanları axtarırlar. Rəsmi məlumata görə təbii fəlakət nəticəsində minə yaxın adam həlak olub. Rəsmilər həlak olanların sayının yüksələ biləcəyindən narahatdırlar. İndoneziyanın zəlzələdən zərərçəkən sahillərini yavaş-yavaş təmizləyirlər. Lakin xilasetmə agentlikləri bildirirlər ki, yollar və hava limanları dağıldığına görə onlar humanitar yardımı vaxtında çatdıra bilmirlər. İndi yalnız kiçik təyyarələr vasitəsi ilə adaya icməli su və digər humanitar yardım çatdırılır. Zəlzələ bazar ertəsi gecə verib. Minlərlə adamı evsiz-eşiksiz qalıb.

XS
SM
MD
LG