Accessibility links

ABŞ-da kifayət qədər iş yeri açılmayıb - 2005-04-01


Birləşmiş Ştatlarda son 8 ay ərzində gözlənildiyindən daha az adam işə götürülmüşdür. Əmək Nazirliyinin bu gün açıqladığı hesabatda deyilir ki, Amerikada 110000 yeni iş yeri açılmış, bu isə investorlar və iqtisadçıların vəd etdiyi iş yerlərinin yalnız yarısınını təşkil edir. Nazirliyin hesabatı Amerikada yüz minlərlə iş yerlərində aparılan sorğuların nəticələrinə əsaslanır. Başqa bir sorğunun nəticəsindən məlum olub ki, Amerikada işsizlik səviyyəsi cüzi şəkildə azalaraq, 5.2 faizə enib. Təhlilçilər neft qiymətlərinin artmasını şirkətlərin yeni işçilər götürməsinə mane olduğunu deyirlər. Bundan əlavə, Amerika iqtisadiyyatının əsas gəlir mənbəyi olan istehlakçı xərclərinin azalacağı da təxmin edilir.

XS
SM
MD
LG