Accessibility links

Suriya qoşunları Livanı tərk edir - 2005-04-03


BMT nümayəndəsi Terye Roed-Larsen bildirib ki, Suriya bu ayın axırınadək bütün qüvvələri və kəşfiyyat agentlərini Livandan çıxaracağına söz verib. BMT sözçüsünün dediyinə görə, bu vəd Suriya prezidenti Bəşər Əl-Əsəd və xarici işlər naziri Fərrux Əl-Şaara ilə görüşü zamanı verilib. Xatırladaq ki, Suriya fevral ayının 14-ü keçmiş baş nazir Rafiq Həririnin qətlindən sonra Livanı tərk etməsi ilə bağlı təzyiqlər altındadır. Müxalif liderlər sui-qəsdə görə Beyrut hökuməti və onun arxalandığı Suriyanı günahlandırmışdı.

XS
SM
MD
LG