Accessibility links

Bakıda Azərbaycan və Avropanın qonşuluq siyasəti mövzusunda seminar keçirilib  - 2005-04-06


Bakıda Cənubi Qafqaz Parlament Təşəbbüsü Azərbaycan sədrliyi və Böyük Britaniyanın LINKS təşkilatı "Azərbaycan və Avropanın qonşuluq siyasəti" mövzusunda parlament seminarı keçirib. Tədbirdə Milli Məclisin deputatları, Avropa Birliyinə daxil olan dövlətlərin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri iştirak edib. Cənubi Qafqaz Parlament Təşəbbüsünün prezidenti Səyavuş Novruzov bildirib ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya üçün ardıcıl siyasət yürüdür. Onun sözlərinə görə, ölkə Avropanın ən nüfuzlu təşkilatları olan Avropa Şurasının üzvüdür, Avropa Birliyi ilə uğurlu əməkdaşlıq aparır və NATO-nun proqramlarında iştirak edir. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Azərbaycanda Avropa strukturlarına inteqrasiya üçün əsasən iqtisadi, qanunvericilik və insan hüquqları sahəsində islahatlar aparıldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda Avropa üçün əhəmiyyətli olan İpək yolu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzrum qaz kəməri layihələri uğurla həyata keçirilir. Hərbi quruculuq sahəsində görülən işlər də Avropa standartlarına uyğun aparılır Cənab Əsgərov Cənubi Qafqaz dövlətlərinin Avropaya inteqrasiyasında əsas mane kimi regiondakı münaqişləri göstərib. Milli Məclis sədrinin müavini Avropa dəyərlərinə yiyələnmək üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulduğunu da önə çəkib. Avropa Birliyi adından Böyüuk Britaniyanın Azərbaycandakı səfiri Lari Bristou çıxış edib. Onun sözlərinə görə, Avropa Birliyinə inteqrasiyanın əsas şərti iqtisadi, siyasi və fərdlərin azadlıqlarının təmin edilməsidir. "Keçmiş Sovetiər Birliyi ona görə iflasa uğradı ki, burada iqtisadi və siyasi hüquqlar, o cümlədən insanların fərdi azadlıqları boğulurdu. Hazırda regionda yeni situasiya yaranıb. Bu situasiya Avropaya inteqarsiyanı vacib edir. Avropaya qonşuluq siyasəti həm də qanunun aliliyi, demokratiyanın təmin olunması, terrorizmə, insan alverinə, kütləvi qırğın silahlarının yayılmasına və digər təhlükələrə qarşı birgə mübarizə deməkdir". Səfir Azərbaycanda bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə də toxunub. "Azərbaycanda seçkilər azad və ədalətli keçirilməlidir. Seçkilər elə təşkil edilməlidir ki, nəticələrinə seçicilər inansın"-deyə o vurğulayıb. Milli Məjlisin deputatı, müxalifətdə olan Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı isə hazırki şəraitdə Cənubi Qafqaz parlament əməkdaşlığını mümkün saymır. O Cənubi Qafqazdakı münaqişələri misal göstərərək, bir tərəfdə müharibənin, digər tərəfdə isə əməkdaşlığın olacağına inanmır.

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş ölkənin regionlarına səfərini davam etdirir.Səfir Mingəçevir, Ağdam, Tərtər və Bərdə səfərindən sonra bu gün İranla sərhəddə yerləşən Cəliliabad rayonuna gedib. TURAN Agentliyinin məlumatına görə, cənab Harniş yerli hakimiyyət və müxalifət nümayəndələrilə görüşündə bu ilin noyabrında keçiriləcək parlament seçkilərilə bağlı məsələləri müzakirə edib. O jurnalistlərə deyib ki, görüşlərində tərəflərə seçkilərdə "bərabərhüquqlu" iştirakının təmin olunmasının, seçkilərin dinc şəraitdə keçirilməsinin, sərbəst toplaşmaq, KİV azadlığının təminatının, səslərin düzgün hesablanmasının vacibliyi vurğulayıb. Səfir Azərbaycanın keçmiş postsovet məkanında yeni demokratiya modeli qurmaq üçün çox əlverişli imkanlararının olduğunu da bildirib. «Seçkiqabağı kampaniya zamanı bütün tərəflərin zorakılıqdan tamamilə əl çəkməsi ən mühüm məqamdır"- deyə o bilidrib. Azərbaycan Milli Təhlükəsizlik nazirliyi və Respublika Prokurorluğunun birgə məlumatında son günlər həbs olunmuş Daxili İşlər nazirliyinin yüksək vəzifəli əməkdaşı Hacı Məmmədovun başçılıq etdiyi adam oğurluğu, qəsdən adamöldürmə və digər xüsusilə ağır cinayətilərdə günahlandırılan quldur dəstənin törətdiyi əməllərlə bağlı yeni faktlar açıqlanıb Məlumatda deyilir ki, Hacı Məmmədovun Daxili İşlər Nazirliyində işlədiyi müddətdə uzun illər rəisi olmuş və onunla cinayət əlaqəsınə girmiş sabiq polis polkovniki Kamil Sədrəddinov həbs olunub. Məlum olub ki, Kamil Sədrəddinov Baş Cinayət Axtarış İdarəsində şöbə rəisi işlədiyi zaman Hacı Məmmədovun bütün cinayətkar əməllərindən xəbərdar olub və cinayətlərin bilavasitə fəal iştirakçısına çevrilib. Xəbərə görə, Hacı Məmmədovun başçılıq etdiyi banda tərəfindən törədilən cinayətlər nəticəsində əldə edilmiş gəlirlərdən ümumilikdə 500 min ABŞ dolları cənab Sədrəddinova verilib. Bundan başqa, Kamil Sədrəddinov Hacı Məmmədovla birlikdə Azərbaycan Beynəlxalq Baknkının idarə heyətinin sədrinin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanması planının hazırlanmasında da iştirak edıb. Xanım Hacıyevanın azad olunması üçün isə 15 milyon avro tələb edilib. Lakin Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində bandanın fəaliyyətinə son qoyulub, Zamirə Hacıyeva azad edilib.

XS
SM
MD
LG