Accessibility links

Calal Talabani həyatı boyu fəal kürd mübarizi olmuşdur - 2005-04-06


Bu gün İraq parlamenti İraq kürdlərinin lideri 71 yaşlı Cəlal Talabanini ölkə prezidenti seçdi. Cəlal Talabani bütün həyatı boyu fəal kürd mübarizi olmuşdur. Bağdad universitetini bitirmiş cənab Talabani İraqın şimalına nəzarət edən əsas kürd partiylaraından biri olan Kürdüstan Vətənpərvər Birliyinin baş katibidir. Qərargahı Süleymaniyyədə yerləşən partiya əsasən, şəhər əhalisi arasında populyardır və ondan dəstək alır. Məsud Bərzaninin rəhbərlik etdiyi ikinci nüfuzlu partiya olan Kürdüstan Demokratik partiyası isə Ərbil və Dahuk regionlarında nəzarət edir. Bu iki partiya arasında münasibətlər uzun illərdir gərgin olmuş, lakin 1998-ci ildə onlar aralarında sülh sazişi imzalamışlar. 1988-ci ildə İraq hökuməti kürdlərə qarşı kimyəvi silahla hücum etdikdən sonra Cəlal Talabani İrana qaçmalı olmuşdur. O, yenidən İraqa 1991-ci ildə Körfəz müharibəsi zamanı qayıtmışdır. 2003-cü ildə Səddam Hüseyn hakimyyətdən devrildikdən sonra cənab Talabani Birləşmiş Ştatlarının dəstəklədiyi İraqın idarəetmə şurasına təyin edilmişdir. Keçən ilin iyun ayında İraqın müvəqqəti hökuməti təşkil edildikdən sonra şura buraxılmışdır. Prezident Buş prezident seçilməsi münasibətilə Cəlal Talabanini və yeni seçilmiş iki vitse-prezidenti, şiə Adil Əbdül Mehdi və sünnü Qazi əl-Yavəri təbrik etmişdir. İraqın şimalında kürdlər cənab Talabaninin prezident seçilməsini təntənə ilə qeyd etmişlər. Onun prezident seçilməsi Səddam Hüseyn dövrü əzilmiş kürdlər üçün həm də qələbə simvoludur. Sabah prezident şurasının üç üzvünün and içmə mərasiminin keçiriləcəyi gözlənilir. Bundan sonra şura şiə İbrahim əl-Cəfərini ölkənin baş naziri təyin edəcək. İraq parlamentinin ölkə prezident seçdiyi Cəlal Talabani Amerikanın Səsinin kürd şöbəsinə müsahibə vermişdir. O, yeni hökumətin bir həftə ərzində təşkil ediləcəyinə ümid bəslədiyini söyləmişdir. “Biz baş naziri təyin etməyi planlaşdırırıq. Bununla yanaşı, kabinet nazirlərinin bəzilərinin təyinatını planlaşdırırıq. Biz ümid edirik ki, bir həftə ərszində İraqın yeni hökumətini təşkil edəcəyik. Planlarımız terrorizmə qarşı mübarizə aparmaq, ölkədə təhlükəsizlik və sülhü təmin etmək, habelə ən tez bir zamanda demokratik konstitusiyanı yaratmaqdan ibarətdir.” Cəlal Talabani İraqda siyasi qüvələrin bir araya gəlməsi və sünnü ərəblərin siyasi establişmentdə daha geniş təmsil olunnması ilə bağlı sualı cavablandırmışdır. “Mən ümid etmək istəyirəm ki, sünnü ərəblərin hökumətdə iştirakı artacaq. Qeyd etmək istərdim ki, sünnü vitse-prezident sünnü ərəblərin siyasi şurasının tələbinə cavab olaraq seçilmişdir. Onlar üç namizəd təklif etmişdilər və həmin namizədlərdən biri Qazi əl-Yavər idi. Mən ümmid edirəm ki, sünnü ərəblər siyasi prosesdə daha fəal iştirak edəcəklər.” Cəlal Talabani İraqda kürd prezidentin seçilməsinə ölkənin özündə müxtəlif millətlərin, qonşu ölkələrin, xüsusilə də Türkiyənin hansı reaksiya göstərəcəyi sualına cavab verərək demişdir ki, İraq xalqı bu seçimi alqışlayıb. “Bu onu göstərir ki, İraq milliyyətindən asılı omayaraq bütün iraqlılılara məxsusdur. Kürdlər İraqda digər millətlər kimi, türkmənlər, sünnü və şiə ərəblər kimi eyni hüquqlara malikdirlər. Qonşu ölkələrə gəldikdə mən düşünürəm ki, onlar bunu alqışlayacaq. Məndə olan məlumata görə, iranlılar bundan razı qalıb və Türkiyədəki qardaşlarımız məni dəstəkləcəyəklərini deyiblər və mən düşünürəm ki, onlar mənim İraqın prezidenti seçilməyimi alqışlayacaqlar.” Cəlal Talabani müsahibə zamanı habelə demişdir ki, İraqın təhlükəsizlik qüvvələri ölkənin təhlükəsizliyini özləri təmin edə bilənə qədər ABŞ hərbi qüvvələri və koalisiya qüvvələrinin İraqdan çıxması istənilməyəcək. “Bizim Ameirka ilə strateji mütətfiq əlaqələrimiz var. Bilirsiniz ki, kürdlərin parlamenti Amerika Bilrəşmiş Ştatlarının tiraniya və terrrozimə qarşı mübarizəsi, habelə demokratiya uğrunda mübarizəsində müttəfiq olduğunu bəyan emtişdir. Biz digər iraqlıların da bu mövqedə olmasını istəyirik. Biz belə düşünürük ki, İraqın təhlükəsizlik qüvvələri xarici qüvvələrin İraqın daxili işlərinə qarışmasının qasını ala bilmək qabiliyyətində olana qədər koalisiya qüvələri bizə lazımdır.”

XS
SM
MD
LG