Accessibility links

Minlərlə çinli Yaponiyaya qarşı etiraz nümayişlərinə çıxıb - 2005-04-09


Minlərlə hiddətlənmiş çinli Yaponiyanın qalmaqallı tarix dərsliklərinə etiraz olaraq paytaxt Pekində nümayiş keçirmişlər. Nümayişçilər rəsmi Tokyo müharibə zamanı etdiyi təcavüzə görə üzr istəmədiyi təqdirdə Yaponiyanın istehsal etdiyi malların baykot edilməsinə çağırıb. Adətən müştərilərlə dolu olan Haylonq Elektronika Mağazasının bayırında əksəriyyəti tələbə olan minlərlə çinli “Yapon mallarına baykot” və “Rədd olsun Yaponya” kimi şüarlar bağırırdılar. Bu həftənin əvvəlində Tokyo rəsmiləri 20-ci əsrdə Yaponiyanın Çinə və başqa Asiya millətlərinə qarşı təcavüzünün əks olunmadığı məktəb tarix dərsliklərini təsdiq edib. Bu günün nümayişi Yaponiya hökumətinin bu ölçüsünə cavab olaraq keçirilir. Pekin küçələrindəki qəzəbin həddi aydın görünür. Nümayişçilər Yapon bayraqlarını yandırarkən bəziləri bunu əl çalaraq alqışlayırdılar. Hələ ikinci dünya müharibəsi zamanı Yaponiyanın Çinə etdiyi təcavüzə görə üzr istəməməsi səbəbindən onsuz da narazı olan çinlilərin qəzəb kasası Yaponiya hökumətinin bu tarix kitablarını təsdiq etməsi ilə daşdı. Bəzi nümayişçilər Yaponiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yer almağa can atmasından narahatlıqlarını bildirirdi. Ümumiyyətlə, siyası nümayışlər Çində nadir hallarda baş verir. Buna baxmayaraq silahsız polis bügünkü nümayişə passiv yanaşırdı. İştirakçıların çoxu nümayişlər barədə xəbəri e-mail vasitəsi ilə aldıqlarını, bəzi tələbələr isə oxuduqları universitet və məktəblərin onların bu nümayışlərdə iştirakını alqışladıqlarını deyirdilər. Pekin Universitetinin tələbəsi An Nao Ling deyir ki, belə etirazlar Çin xalqını Yaponiyaya qarşı baykota səfərbərliyə çağırır. Bəzi nümaşçilər Yapon hökumətindən nə dərəcədə narazı olduqları barədə ürək ağrısı ilə danışırdılar.

XS
SM
MD
LG