Accessibility links

Britaniya şahzadəsinin nigah mərasimi oldu - 2005-04-09


Britainiya Şahzadəsi Çarlzla nişanlısı Kamillanın nigahı bu gün Anqlikan Kilsəsinin xeyir-duasını alıb. Bu xeyir-dua royal ailənin Vindsor Malikanəsinin Müqəddəs Corc Kilsəsində keçirilən mərasim zamanı verilib. Özəl çevrədə keçirilmiş sivil nigahdan sonra kilsədəki mərasimi Kanterbury-nin arxyepiskopu aparıb. Evlilər kilsədən çıxarkən onları bayırda gözləyən izdihamın alqış sədaları qarşılamışdır. Onlar bir-birlərinə sədaqətli olacaqlarına and içmişlər. 30 illik romandan sonra bu, həm Çarlz həm də Kamillanın ikinci toyudur. Bugünkü toy mərasimində Çarlzın anası kraliça Yelizaveta, şahzadə Filip və yüzlərlə fəxri qonaq iştirak etmişdir.

XS
SM
MD
LG