Accessibility links

ATƏT "Azərbaycanda teleradio fəaliyyətinin lisenziyalaşdırılması və tezliklərin verilməsi üzrə" dəyirmi masa keçirib  - 2005-04-12


ATƏT "Azərbaycanda teleradio fəaliyyətinin lisenziyalaşdırılması və tezliklərin verilməsi üzrə" dəyirmi masa keçirib. Tədbirə ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti, Azərbaycan prezidentinin İcra Aparatının ictimai-syiasi şöbəsinin müdiri Əli Həsənov, Teleradio Şurasının sədri Nuşirəvan Məmmədli, ekspertlər, KİV rəhbərləri, qeyri-hökumət təşkilatının təmsilçiləri iştirak edib. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti bildirib ki, ATƏT Azərbaycana söz və mətbuat azadlığının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində yardım etmək istəyir. Onun fikrincə, heç bir ölkədə plüralizmdən yüksək azadlıq yoxdur. "Nə təklikdə hər hansı KİV tam azad ola bilməz, nə də heç bir hökumət tam media azadlığını təmin edə bilməz. Bunun açarı ölkədə plüralizmin təmin olunmasından keçir. Plüralizm isə KİV-in çoxşaxəliliyi deməkdir". Cənab Haraştinin sözlərinə görə, Azərbaycanda televiziya sahəsinqdə tezlik qıtlığı mövcuddur. "Mediada lisenziya olmamalıdır. Bu, yalnız televiziyaların efirə verilməsində ortaya çıxır. Müdriklik konsepsiyası tələb edir ki, tezliklər plüralizmin təmin edilməsi şərtilə bölüşdürülməlidir. Lisenziya proseduru yoxlamaq kampaniyası deyil. Burada ayrıseçkilik olmamalıdır"-deyə o qeyd edib. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Ə.Həsənov bildirib ki, indiyədək Azərbaycanda televiziya tezlikləri sahəsində lisenziya müsabiqəsi keçirilməyib. Onun fikritncə, artıq tezliklərlə bağtlı müsabiqələrin keçiriləmsinin vaxtı çatıb. Müxalfiətdə olan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimov isə televiziya tezliklərilə bağlı məsələnin texniki deyil, siyasi məsələ olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə tərəfsizliyi ilə seçilən tanınmış şəxslər «Yeni TV» adlı televizyia təsis edib. AXCP sədrimisal kimi bu televiziyaya tezlik verilmsəsmini və tezlik verilmiş üç televiziyanın bağlanmasını gösətrib.

XS
SM
MD
LG