Accessibility links

Iran-türkmən sərhədlərinə yeni damba açılıb - 2005-04-12


İran və Türkəmənistan sərhədlərinin bir hissəsini təşkil edən Türkmənistanda Tedzen İranda isə Hari Roud adı daşıyan çay üzərində yeni damba inşa edilib . İran prezidenti Məhəmməd Xatəmi və onun tükrmən həmkarı Saparmurat Niyazov bu gün keçirilən mərasimin iştirakçıları olublar. 665 mert uzunluğu olan “dostluq dambası” Türkmənistanın cənub bölgəsində yerləşsə də, hər iki ölkənin rezervuarını təşkil edir. Doldurulduğu təqdirdə bu rezervuarın bir milyard kub metrlik su ehtiyatı hər iki ölkənin əkin sahələrinin suvarılmasına xidmət edəcək.

XS
SM
MD
LG