Accessibility links

İraqın paytaxtında sarsıdıcı partlayışlar baş verib - 2005-04-13


Bu qün ABŞ-ın yüksək vəzifəli rəsmisi İraqda səfərdə olarkən ölkənin paytaxtında bir neçə sarsıdıcı partlayış baş vermişdir. ABŞ dövlət katibinin müavini Robert Zollik yenidənqurma işləri ilə tanışlıq məqsədi ilə yaraqlıların bazası olmuş Fəlluca şəhərinə səfər etmişdir. Bundan sonra o, Bağdadda İraq prezidenti Cəlal Tələbani və baş nazir İbrahim Əl-Cəfəri ilə qörüşməlidir. Eyni zamanda, Kərkük şəhərinin yaxınlığında 9 nəfər polis nəfəri bombanı zərərləşdirməyə cəhd edərkən baş vermiş partlayış nəticəsində həlak olmuşdur. Bağdadda ayrı-ayrı yerlərdə baş vermiş üç bomba partlayışı nəticəsində isə azı 4 nəfərin öldüyü xəbər verilir. ABŞ hərbçilərinin nümayəndəsi bildirmişdir ki, müdafiə nazirliyinin konvoyunu hədəf almış dördüncü partlayış 5 nəfər iraqlının və 4 nəfər Amerika vətəndaşının ölümü ilə nəticələnmişdir. Əl-Cəzirə Televiziya Şirkəti bu həftə Bağdad yaxınlığında oğurlanmış Amerika vətəndaşını göstərən video yazını yayımlamışdır. Girov götürülmüş şəxs ABŞ rəsmilərini yaraqlılarla danişiqları sürətləndirib onu xilas etməyə çağırmışdır.

XS
SM
MD
LG