Accessibility links

Taliban qiyamçıları neft tankerlərini partlatmışlar - 2005-04-17


Taliban qiyamçıları Əfqanıstanın cənubundakı Amerika hərbi bazasına gedən 5 neft tankerini partlatmışlar. Yerli rəsmilərin bildirdiyinə görə sübh zamanı baş vermiş hücum Qəndəhar Hava Bazasında saxlanmış yük maşınlarından birini partladıb. Bundan sonra isə zəncirvari həlqədə o biri maşınlar da partlayıb. Bu hücumdan bir gün əvvəl Birləşmiş Ştatlar hərbi qüvvələrinin ölkədəki komandiri Leytenant General David Barno söyləyib ki, Taliban qiyamı növbəti 12 ay ərzində dağılacaq. Amma o, əlavə etmişdi ki, Əfqanıstanın ilk parlament seçkilərindən öncə islamçı militantlar ölkədə iri-profilli hücumlar təşkil edəcəklər.

XS
SM
MD
LG