Accessibility links

Kipr türkləri ilk dəfə özlərinə prezident seçirlər - 2005-04-17


Kipr türkləri bu gün son 20 il ərzində ilk dəfə olaraq özlərinə yeni prezident seçirlər. 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət elan etmiş Rauf Denktaş budəfəki seçkilərdə iştirak etmir. Türk Kiprinin baş naziri Mehmet Ali Talat rəy sorğularında digər 8 namizəddən irəlidə gedir. O, BMT-nin adanın bölünməsi ilə bağlı irəli sürdüyü sülh planını dəstəkləyir. Bu gün səs verən cənab Talat sülhə səs verdiyini bəyan etmişdir. Xatırladaq ki, Kipr adası 1974-cü ildə ora Türkiyə hərbi qüvvələrinin daxil olmasından sonra 2 hissəyə bölünmüşdür. Türkiyə ordusunun bu hərəkəti Yunanıstan hökumətinin himayədarlığı ilə Nikosiyada baş verən dövlət çevrilişinə cavab idi.

XS
SM
MD
LG