Accessibility links

İsrail Qəzzanı tərk edir - 2005-04-20


İsrail Qəzza zolağından hərbi avadanlıqlarını çıxarmağa başlayıb. Bu, İsrailin bu bölgəni yayda tamamilə tərk etməsinə hazırlıqlar mahiyyəti daşıyır.İsrail qüvvələri Qəzzadakı hərbi bazadan 30 ədəd konteyner çıxarıb. Bu, İsrailin Qəzzqanı tərk etməsinə ilk əyani sübutdur. Mebel, kompyuter, silah, hərbi geyimlə dolu konteynerlər yük maşınlarına doldurulub, İsrailə istiqamət almışdır. İsrailin Qəzzanı tərk etməsi buradan çıxarılcaq 8 min yahudi üçün kədərləndirici xəbərlədir. Belə ki, onların bəzisi bunu yahudilərin yahudi torpaqlarından çıxarılması kimi qiymətləndirir. İsrailin baş naziri Ariyel Şaron da nikbinlik nümayiş etdirmir. Kabinet üzvləri ilə danışıqları zamanı o, İsrail qüvvələrinin Qəzzadan çıxdığı andan etibarən fələstinlilərin yahudilərin yaşayıq məntəqələrini talan edəcəyindən ehtiyat etdiyini bildirib. Fələstin lideri Mahmud Abbas isə İsrailin geri çəkildiyindən sonra nizam-intizama nəzarət ediləcəyinə söz verib.

XS
SM
MD
LG