Accessibility links

Dünyanın dini liderləri dialoqa çağırır - 2005-04-20


Dünyanın müsəlman, yəhudi və pravoslav liderləri Papa On Altıncı Benediktin seçilməsindən sonra dialoqun davam etdirilməsinə və Roma Katolik kilsəsilə daha yaxın əlaqələrə çağırmışlar. Rusiya Pravoslav kilsəsinin Patriarxı İkinci Aleksiy Roma Papası seçilməsi münasibətilə On Altıncı Benedikti təbrik etmişdir. O, 1054-cü ildə parçalanmış iki xristian kilsəsi arasında daha yaxın əməkdaşlığa çağırmışdır. İsraildə Tel Əvivin baş ravvini İsrail Lau Papa Benediktin kardinal olarkən anti-semitizm əleyhinə çıxış etdiyini qeyd etmişdir. Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada müsəlman liderlər daha geniş dialoq və Roma Katolik kilsəsilə əmədaşlığa səsləmişlər

XS
SM
MD
LG