Accessibility links

Bağdadda bomba hücumu nəticəsində 9 nəfər ölən var - 2005-04-22


Şıə məsçidində cümə namaza vaxtı həyata keçirilmiş intihar bomba partlayışı nəticəsində ən azı 9 nəfər qətlə yetirilmiş, 20 nəfər isə yaralamışdır. Rəsmilərin veridyi məlumata görə, maşında yerləşdirilmiş bomba Bağdadın şərqindəki əl-Sübeh məşçidinin qarşısında günorta namazı vaxtı partladılmışdır. Son bir il ərzində sünnü və şiə məsçidlərdə həyata keçirilmiş silsilə hücumlar bu islam təriqətlərı arasında gərginliyin artmasına səbəb olmuşdur. ABŞ hərbiçiləri bildirmişlər ki, Suriya sərhədindən 150 kilometr məsafədə yerləşən Toll Afər şəhəri yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir Amerika əsgəri həlak olmuşdur. Dünən İraqda fəaliyyət qöstərən “İraqın İslamçı Ordusu” militant qrupu Bağdad yaxınlığında mülki vertolyotun vurulmasına görə məsuliyyəti öz üzərinə qötürmüşdür. Xatırladaq ki, vertolyotda olan 6 Amerika vətəndaşı, uçuş heyətinin 3 bolqar üzvü və 2 nəfər ficili mühafizəçi həlak olub. Adı çəkilən qrup İnternetdə vertolyotun qalıqlarını əks etdirən video materialları yerləşdirib. Bundan əlavə, videoda köməyə çağıran sağ qalmış bir şəxsin qüllə ilə vurulub qətlə yetirildiyi qöstərilir. Videoda köməyə çağıran sağ qalmış bir şəxsin qüllə ilə vurulub qətlə yetirildiyi qöstərilir.

XS
SM
MD
LG