Accessibility links

Yaponiyanın baş naziri İkinci dünya müharibəsi zamanı törədilmiş hadisələrə görə üzr istəyib - 2005-04-22


Yuniçiro Koizumi yapon ordusunun İkinci dünya müharibəsi ərəfəsində və onun gedişatı zamanı törətdiyi cinayətlərə görə rəsmən üzr istəmişdir. Bu üzrxahlıq Yaponiyanı keçmiş fəaliyyətlərini unutmaqda təqsirləndirən Çinlə yaranmış gərginliyi azaltmaq məqsədi daşıyır. Hal hazırda Yaponiyanın baş naziri Yuniçiro Koizumi və Çinin prezidenti Hu Cintao Jakartada keçirilən Asiya və Afrika ölkələri rəhbərlərinin toplantısında iştirak edirlər. Yaponiyanın baş naziri bu bəyanatı Jakartada, Asiya və Afrika ölkələrinin 40 rəhbərini daxil etməklə, 100 nəfərdən artıq rəsmisinin iştirak etdiyi toplantıda açıqlamışdır. Lakin üzrxahlıq əsasən Çinə və onun prezidenti Hu Cintaoya ünvanlanmışdı. Ötən həftə Çınin bir sıra şəhərlərində Yaponiyaya qarşı keçirilmiş nümayişlərə səbəb Yaponiyada çap olunmuş dərsliklərdə bu ölkənin İkinci dünya müharibəsi zamanı törətdiyi zorakılıqların etiraf olunmamasıdır. Baş naziri Yuniçiro Koizumi bu zorakılıqları birmənalı qaydada eitraf edib. “Yaponiya bu tarixi faktları şərtsiz və dərin peşmançılıq hissi ilə qəbul edir və ürəkdən üzrxahliğını bildirir....”-deyə o bildirib. Bu çıxışdan sonra cənab Koizumi bildirib ki, ölkələr arasında meydana çıxan ziddiyətləri müzakirə etmək məqsədi ilə o, sabah Çin prezidenti Hu ilə görüş keçirməyi planlaşdırır.

XS
SM
MD
LG