Accessibility links

Türkiyədə Çanaqqala döyüşünün 90-cı ildönümü anılır - 2005-04-24


Birinci Dünya Müharibəsi zamanı ən qanlı və şiddətli döyüşlərdən olmuş Çanaqqala döyüşünün 90-cı ildönümünü qeyd etmək üçün Tükiyədə iki günlük mərasim start götürüb. 1915-ci ildə Britaniyadan, Fransadan, Yeni Zelandiyadan, Hindistandan və Türkiyədən 100 min adamın həlak olduğu Çanaqqala döyüşü zamanı müttəfiqlər yarımadanı Osmanlı Türklərindən almağa çalışırdılar. Onlar bununla Rusiyaya təchizat yolu açmağa cəhd göstərirdilər. Bu gün isə Britaniya, Fransa və Avstraliya hərbi gəmiləri Türkiyə hərbi gəmiləri ilə bir araya gələrək Dardanel boğazında döyüşdə həlak olanların xatirəsini yad ediblər. Bu gün etdiyi müraciətdə Türkiyə Baş Naziri Rəcəb Təyyib Ərdoğan söyləyib ki, uzun illər öncə baş vermiş müharibənin doğurduğu nifrət indi dostluq və əməkdaşlıq ruhu ilə əvəzlənib.

XS
SM
MD
LG