Accessibility links

ABŞ rəsmiləri İraq hökumətinin təşkilinə müdaxilə edilməyəcəyini deyirdilər - 2005-04-25


New York Times qəzetinin yazdığına görə, Buş administrasiyası İraq liderlərinə təzyiq göstərərək, yaranmış siyasi vəziyyətdən çıxış tapıb, yeni hökuməti formalaşdırmasını istəyib. Qəzet ABŞ dövlət katibi Kondoloza Raysın cümə günü İraq prezidentinə Cəlal Talabaniyə zəng edərək, ondan yeni hökumətin ən tez bir zamanda təşkilinə çağırdığını yazıb. Burada deyilir ki, xanım Rays və vitse-prezident Dik Çeyni eyni çağırışı Ağ Evdə şiələrin aparıcı siyasətçisi Adil Əbdül Mehdi ilə görüşləri zamanı da etmişdilər. Birləşmiş Ştatlar rəsmiləri dəfələrlə İraqın yeni hökumətinin Amerikanın müdaxiləsi olmadan təşkil ediləcəyini bildirmişdilər.

XS
SM
MD
LG