Accessibility links

Iraqda yardım işçisini öldürənlər yaxalanıb - 2005-05-01


İraqda rəsmilərin bildirdiyinə görə Britainiya yardım işçisi Marqaret Həsənin öldürülməsində şübhələnilən 5 nəfər bu işdə əli olduqlarını etiraf edib. İraq polis sözçüsünün verdiyi xəbərə görə bu adamlar Bağdadın cənubunda keçirilmiş iki erkən reyd zamanı yaxalanıblar. Onun dediyinə görə, birinci reyd zamanı Amerikalı və İraqlı əsgərlər 59 yaşlı yardım işçisinə məxsus olan əşyalar tapıblar. Hərçənd ki, xanım Həsənin cəsədi aşkar edilməyib, Əl-Cəzirə xəbərlər kanalı ona bənzər Qərbli qadının öldürüldüyü videonu bir müddət öncə açıqlamışdı. O zaman stansiya humantiar səsbəbləri əsas gətirərək bütün kaseti efirə verməkdən imtina etmişdi. İraqlı kişiyə evlənmiş Marqaret Həsən CARE İnternational təşkilatının Bağdaddakı direktoru qismində 30 il ölkənin ən yoxsul təbəqələrinə qayğı göstərməklə məşğul idi.

XS
SM
MD
LG