Accessibility links

Rusiyada 1 May etiraz aksiyaları keçirilir - 2005-05-01


Bütün Rusiya boyu həmkarlar ittifaqları və müxalifət fəalları sosial xidmətlərin azalmasına etiraz olaraq aksiyalar keçirmişlər. Kommunist partiyası və başqa müxalifət partiyalarının rəhbərliyi altında ən azı 10 min nümayişçi bu gün Moskvanın mərkəzi xiyabanlarında yürüş keçiriblər. Aksiya iştirakçılarının çoxu əllərində Kommunist qəhrəmanları olan Leninin, Stalinin və Marksın şəkillərini tutmuşlar. Nümayişçilər bu yaxınlarda Kremlin sosial xidmətləri nağd pulla kompensasiya etməsinə etıraz edirlər. Minlərlə hökumət tərəfdarı isə Rusiya paytaxtında öz nümayişlərini keçirib. Rusiyanın başqa guşələrində də sosial tələblərə əsaslanan nümayişlər keçirilib.

XS
SM
MD
LG