Accessibility links

Nüvə silahlarının yayılmamasına dair saziş nəzərdən keçirlir - 2005-05-02


190 ölkənin təmsilçisi nüvə silahlarının yayılmaması ilə bağlı sazişi bir daha nəzərdən keçirirlər. Belə ki, buna səbəb İran və Şimali Koreyanın nüvə ambisiyalarıdır. BMT-nin baş katibi Kofi Annan yığıncağı açıq elan edərkən deyib ki, ölkələr nüvə silahlarının istehsalı üçün nüvə texnologiyalarını inkişaf etdirdiyi təqdirdə, saziş qüvvəsini saxlaya bilməyəcək. Birləşmiş Ştatlar İranın sazişin şərtlərinə əməl etmədiyi və Şimali Koreyanın 2003-cü ildə sazişdən çıxmasına diqqət yetirilməsini istəyir. Bununla yanaşı, bir çox ölkə ABŞ və digər nüvə qabiliyyətli dövlətlərin sazişin nüvə arsenallarının məhdudlaşdırılması və tədricən məhvi kimi şərtini yerinə yetirmədiyindən şikayətlənir. 35 yaşı olan bu saziş dünya ölkələrinə nüvə silahlarından imtina etmələrinin müqabilində nüvə texnologiyaları əldə etmələrinə imkan yaradır.

XS
SM
MD
LG