Accessibility links

Prezident Buş və baş nazir Berluskoni arasında telefon söhbəti olub - 2005-05-04


Prezident Buş bu gün yenidən İtaliyanın baş naziri Silvio Berluskoniyə zəng edərək ABŞ hərbi qüvvələrinin İraqda İtaliyanın kəşfiyyat agentini qətlə yetirməsilə əlaqədar Amerikanın təəssüfünü ifadə edib. Həm Ağ Ev, həm cənab Berluskonin ofisi cənab Buşun kəşfiyyat agenti Nikola Kaliparini qəhrəman adlandıraraq, onun ölümülə bağlı başsağlığı ifadə etdiyini bildirib. Bununla yanaşı, telefon söhbəti zamanı hər iki lider İraqda bərpa səylərinə sadiq qaldıqlarını bəyan ediblər. Ağ Evin bildirdiyinə görə, cənab Kaliparinin qətlilə əlaqədar Amerikada və İtaliyada ciddi şəkildə fərqlnən məlumatların verilməsi söhbət zamanı müzakirə olunmayıb.

XS
SM
MD
LG