Accessibility links

Polis Daşkənddə ABŞ səfirliyi qarşısında nümayişi dağıdıb - 2005-05-04


Daşkənddə Amerika səfirliyinin qarşısında toplaşmış 50-yə yaxın nümayişçinin döyüldüyü və həbs edildiyi xəbər verilir. Nümayişçilər Birləşmiş Ştatlar və beynəlxalq ictimiayyətin diqqətini ölkədəki yoxsulluq, işsizlik və insan hüquqlarının pozulması məsələlərinə cəlb etmək istədiklərini bildiriblər. Şahidlərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələrilə toqquşmadan sonra etirazçılardan ibarət qrup döyülüb və avtobuslarda naməlum yerə aparılıb. Nümaişçilərin çoxu 1999-cu ildə Özbəkistan rəmsiləri tərəfindən ferması təsərrüfatı əlindən alınan Baxodır Çoriyevin qohumları olub. Baxodır Çoriyev Amerika Bilrəşmiş Ştatlarında siyasi sığınacaq alıb.

XS
SM
MD
LG