Accessibility links

Prezident  Buş Gürcüstandadır - 2005-05-09


Ağ Ev səfərin demokratiyanın inkişafını təntənə etmək məqsədilə edildiyi bəyan edir. Birləşmiş Ştatlar rəsmiləri bu səfərlə ABŞ-ın Qafqazın bu gənc müstəqil dövlətinə dəstəyinin nümayiş etdirildiyini deyir. Gürcüstanda isə çoxları prezident Buşun səfərinə Gürcüstanın Rusiyanın nüfuz dairəsindən çıxmaq səylərinə dəstək kimi baxır. Prezident Buş 2003-cü il Qızılgül inqilabının əsas fiqurları olan Gürcüstan prezidenti Mixail Saakaşvili ilə və parlamentin spikeri Nino Burcanadze ilə danışıqlar keçirib. Qərb müşahidəçiləri Qızılgül inqilabını Ukraynada Narıncı inqilab və Qırğızıstanda hakimyyət dəyişikliyi üçün model kimi qiymətləndirirlər.

Səfərdən öncə prezident Buş Rustavi-2 televiziyasına müsahibədə yeni demokratiyanın nə olduğunu özünün görmək istədiyini demişdir. "Mən prezident Saakaşvilini tanıyıram, və yadımdadır ki, o, məni Gürcüstana gəlməyə çağırırdı. O, Gürcüstanda həyat və ölkənin gələcəyilə bağlı böyük nikbinliyə malikdir. Məndə də Qızılgül inqilabının nəticələri böyük təəssürat yaratdı və dedim ki, getmək istəyirəm, görmək istəyirəmı yeni demokratiya hissinin nə olduğunu bilmək istəyirəm. Mən istəyirəm, orada olub gürcü xalqına onların yolunu gedən ölkələr üçün necə gözəl bir nümunə olduqları üçün təşəkkür edim. Səbirsizliklə bu səfəri gözləyirəm." Prezident Buşun Gürcüstana səfəri Moskvada İkinci Dünya müharibəsinin başa çatmasının 60-cı ildönümü münasibətiləə təntənlərdə iştirakından sonraya təsadüf edir. Mixail Saakaşvili Rusiyanın öz hərbi qüvvələrini Gürcüstanda sovet dövründən qalmış hərbi bazalardan tez bir zamanda çıxarmamasına etiraz əlaməti olaraq prezident Putinin dəvətini qəbul etməmişdir. Tbilisi Rusiyanın bu bazaları iki il müddətində tərk etməsini istəyir, Moskva isə bunun üçün dörd ilə qədər vaxtın lazım olduğunu deyir. Müstəqil Dövlətlər birliyinin sammitinə də qatılmayan Mixail Saakaşvili prezident Buşdan onun sözlərilə, dünyanın bu hissəsində sovet totalitarizmindən miras qalmış bazalar məsələsinə müdaxilə etməsini istəmişdir. Prezident Buş məsələni Rusiyada prezident Putinlə görüşü zamanı qaldıracağına söz vermiş, lakin əlavə etmişdir ki, belə mübahisəli məsələlərin həlli vaxt və təmkin tələb edir.

Rutavi-2 televiziyasına müsahibə zamanı ABŞ prezidenti Vaşinqtonun bazalar məsələsində yardım etməyə hazır olduğunu demiş, lakin Moskva və Tbilisi arasında dialoqun vacibliyini vurğulamışdır. "Bilirsiniz ki, regional mübahisələr bazalar məsələsindən ibarətdir. Mən köməklik göstərə bilərəm, lakin bu məsələni həll etməyin ən yaxşı yolu onun Rusiya və Gürcüstan arasında dinc yolla həllidir. Fikrimcə, bu məsələlərin dinc yolla həll ola bilməsini görəcəyimiz üçün çox yaxşı şans var."

Gürcülərin prezident Buşun səfərindən gözlədikləri bu səfərə əhalisinin çox hissəsinin yoxsul vəziyyətə düşmüş ölkənin büdcəsinin böyük hissəsinin ayrıldığı deyilən hazırlıqlar qədər böyükdür. Gürcülər gürcü qonaqpərvərliyinin ən yüksək səviyyəsini ABŞ liderinə nümayiş etdirirlər. Hökumət rəsmi rəqəmləri açıqlamır. Prezident Buş ölkənin əsas meydanı olan Azadlıq meydanında gürcü xalqına müraciət etdi. Birləşmiş Ştatlar Gürcüstana yardım və ölkənin hərbi qüvvələrinə təlim məqsədilə milyonlarla dollar məbləğində vəsait ayırmışdır. Tbilisi buna cavab olaraq, ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrində xidmət etmək üçün İraqa hərbi qüvvə göndərmişdir.

XS
SM
MD
LG