Accessibility links

United hava yolları şirkəti işçilərinin təqaüd planlarını dayandırır  - 2005-05-11


Bu, Amerika tarixində təqaüdlərin ödəməməsi ilə bağlı ilk belə haldır. Şirkətin öz işçilərinə ödəməli olduğu vəsaitin məbləği 10 milyard dollardır. United isə bunun yalnız üçdə iksini ödəmək imkanına malikdir. Hava yolları şirkətinin təqaüd planlarını dayandırmasına Birləşmiş Ştatların müflisləmə məsələləri üzrə hakimi icazə vermişdir. Bununla, United ildə 645 milyon dollara qənaət edəcək. Təqaüd fondlarına gəldikdə bu öhdəliyi Pensiya İmtiyazları qaratniya korporasiyası öz üzərinə götürür. yanacaq qaiymətlərinin artması və böyük rəqabət kimi problemlərlə qarşılaşan hava yolları şirkəti 2002-ci ildən müflisləşmədən qoruma qanunu ilə himayə edilir.

XS
SM
MD
LG