Accessibility links

Senatda Con Boltonun ABŞ-ın BMT-də səfiri vəzifəsinə təsdiqilə bağlı səsvermə keçirilir - 2005-05-12


Senatın Xarici Əlaqələr komitəsindəki səkkiz demokrat senatorun onun əleyhinə səs verəcəyi gözlənilir. Komitədəki 10 respublikaçının hamısının prezident Buşun BMT-də səfir vəzifəsinə namizədliyini irəli sürdüyü Con Boltona səs verəcəyi gözlənildiyi halda, nüfuzlu respublikaçı senatorlardan biri Corc Voynoviç onu müdafiə etməyərək, BMT-də Amerikanı təmsil etmək üçün daha yaxşı namizədin tapıla biləcəyini bildirmişdir.

Corc Voynoviç Con Boltonun əleyhinə səs verəcəyini deməmişdir. Bunun əvəzinə respublikaçı senator səsvermənin Senatda tam tərkibdə keçirilməsini istədiyini bildirmişdir. Cənab Voynovilin səs verməməsi nəticənin 9-9 kim qalmasına gətirib çıxara bilər.

XS
SM
MD
LG