Accessibility links

İraqda üsyançıların hücumları davam edir - 2005-05-12


İraq polisinin bildirdiyinə görə, Bağdadda maşına yerləşdirilmiş bomba partlayışı zamanı azı 10 nəfər həlak olub, onlarla adam yaralanmışdır. Kərkükdə maşına yerləşdirilmiş iki bomba partlayşı olub. hadisə nəticəsində iki ölən, dörd yaralanan var. Partlayışlar Bağdad, Tikrit və Haviya şəhərlərində 70 çox adamın ölümülə nəticələnmiş intihar hücumundan bir gün sonraya təsadüf edir. Suriya ilə sərhəd yaxınlığında isə ABŞ hərbi dəniz qüvvələri yaraqlılara qarşı hücumları davam etdirir. Birləşmiş Ştatların yüksək səviyyəli rəsmisi bildirib ki, Ramana şəhərində keşik çəkən dəniz piyadaları yerli sakinlərdən dəstək alır. Bu arada, İraq parlamenti ölkə konstitusiyasını hazırlamaq üçün sünnülər, şiələr və kürdlərdən ibarət 55 nəfərlik komitə üzvlərinin adlarını açıqlayıb.

XS
SM
MD
LG