Accessibility links

Avropa Birliyinin üçlüyü İrana xəbərdarlıq edib - 2005-05-12


Fransa, Almaniya və Britaniya uranın zənginləşdirilməsi sahəsində fəaliyyətləri davam etdirdiyi təqdirdə, İranın BMT-nin Təhlükəsizlik Şurası qarşısında cavab verə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Avropa ölkələrilə danışıqlarda İranın vasitəçisi Həsən Ruhaniyə ünvanlanan məktubda bu üç ölkənin xarici işlər naziri bildirib ki, İranın nüvə ambisiyları ətrafında yaranmış mübahisələrə son qoymaq məqsədilə aylardır aparılan çoxtərəfli danışıqlara son qoyulacaqlar. Məsələ bundan sonra mümkün sanksiyalar üçün BMT-nin Təhlükəsizlik Şurasına verilə bilər. Tehranda İRNA rəsmi xəbər agentliyi Həsən Ruhaniyə istinadən xəbər verib ki, mülki məqsədlər üçün nüvə enerjisi proqramını inkşaf etdirmək hüququndan məhrum olsa, İran nüvə silahlarının yayılmaması haqda müqaviləni bundan sonra tanımayacaq.

XS
SM
MD
LG