Accessibility links

ATƏT Azərbaycan prezidentinin sərəncamını alqışlayıb - 2005-05-12


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Azərbaycan prezidenti İlham Əliyevin ölkədə seçkilərin daha yaxşı keçirilməsi məqsədilə sərəncamını alqışlayıb. Təşkilat bildirib ki, bu sərəncamla rəsmilərə azad toplaqmaq hüququnun təmin olunması, seçki siyahılarının düzgün tərtib olunması və bütün namizədlərin kütləvi informasiya vasitələrində təmsil oluna bilməsinə şərati yaradılması haqda təlimatlar verilir. ATƏT habelə bildirir ki, prezidentin sərəncamı insanların saiyasi əqidəyə görə təqib olunmasının qarşısının alınmasına yardım edir. ATƏT-in Bakı ofisinin rəhbəri səfir Mauizio Pavesi deyib ki, bu dəyişikliklər Azərbaycanda siyasi həyatın nomallaşmıasna xidmət edəcək. Onun sözlərinə görə, dəyişikliklər ölkədə beynəlxalq standartlara uyğun azad və ədalətli seçkilər keçirilməsinə gətirib çıxara bilər. Beynəlxalq müşahidəçilər Azərbaycanda cənab Əliyevin atasının vəzifəsini tutduğu 2003-cü il seçkilərinin bu standartların çoxuna cavab vermədiyini bildirirlər.

XS
SM
MD
LG