Accessibility links

Pentaqon 150-yə qədər hərbi bazanın bağlanmasını təklif edir - 2005-05-13


Pentaqon Meyn ştatından Havay adalarına qədər 150-yə yaxın hərbi bazanın bağlanmasını planlaşdırır. Müdafiə naziri Donald Ramsfild deyib ki, bu addımla 20 il ərzində 49 milyard dolar məbləğində vəsaitə qənaət etmək və hərbi qüvvələrin tez bir zamanda yerdəyişməsini təmin etmək mümkün olacaq. Bağlanması nəzərdə tutulan bazaların çoxu Milli Qvardiyanın ehtiyat və mərkəzi bazalarıdır. Bunların arasında Meyn ştatında Portsmut hərbi dəniz qüvvələrinin tərsanəsi və Corciya ştatında Macferson tarixi bazası var. Pentaqonun planında Almaniya və Cənubi Koreyada ABŞ-ın bazalarından 13 min 500 əsgərin vətənə qayıtması da nəzərdə tutulur. Bazaların bağlanması və onların yerinin dəyişməsi məsələləri üzrə məşğul olan müstəqil komissiya Pentaqonun tövsiləri ətrafında dinləmələr keçirəcək və son dəyişikliklər edildikdən sonra sənədi prezident Buşa təqdim edəcək. Prezident öz növbəsində, sənədi təsdiq etdikdən sonra onu qəbul etmək üçün Konqresə göndərəcək.

XS
SM
MD
LG