Accessibility links

Britaniya Kərimov rejimini qətliyamlara görə pisləyir - 2005-05-15


Britaniya xarici işlər naziri Cək Strou bu gün Özbək hökumətini Əndicon şəhərində nümayişçilərə qarşı zorakılıq tətbiq etdiyinə görə pisləyib. BBC telekanlı ilə müsahibəsində cənab Strou Özbəkistanda insan hüquqlarının açıq şəkildə pozulduğunu qeyd edərək, həmin ölkə rəsmilərini xarici müşahidəçilərin və beynəlxalq yardım təşkilatlarının ölkəyə buraxılmasına imkan verməyə səsləmişdir. Assoşieyted Press press agentliyinə əsasən Özbəkistan xarici işlər nazirliyi öz bəyanatında cənab Strounun yaxşı məlumatlandırılmamasını bildirmişdir. Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov zorakılıqlara görə İslam ektremistlərini və o cümlədən Əfqan Talibanlarını günahlandırmışdır. Amma Nyu Yorkda yerləşən Human Rayts Uotç təşkilatı bəyan edib ki, Özbəkistan hökuməti terrorçuluğa qarşı müharibəni əldə bayraq tutaraq yoxsulluğa və repressiyaya qarşı etiraz edən insanlara atəş açmağına bəraət qazandıra bilməz.

XS
SM
MD
LG