Accessibility links

İran parlamenti nüvə fəaliyyətini bərpa etmək qərarı verdi - 2005-05-15


İran parlamenti nüvə materiallarının emalını bərpa etmək haqda qərar qəbul edib. Amma Tehranın bildirdiyinə görə qərarın icrası Avropa Birliyi rəsmiləri ilə danışıqlar başa çatanadək gecikdiriləcək. Yaxın vaxtlarda Avropa Birliyi rəsmiləri və İran rəsmilərinin görüşəcəyi gözlənilir. Xatırladaq ki, BMT iqtisadi sanksiyalarına məruz qalmamaqdan ötəri əvvəllər İran nüvə fəaliyyətini dayandırmağa razı olmuşdu.

XS
SM
MD
LG